Ramil Şeydayev baş məşqçisiz qaldı

Ramil Şeydayev baş məşqçisiz qaldı
Rusiyanın "Krılya Sovetov" klubunun baş məşqçisi Andrey Tixonov istefa verib. 
Fanat.Az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi klubun 48 yaşlı çalışdırıcısı komandanın uğursuz çıxışına görə postunu tərk edib. O, 2017-ci ilin yayından  Samara klubunu çalışdırırdı.
Qedy edək ki, "Krılya Sovetov” 9 turdan sonra 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.
Onu da qeyd edək ki, yay fasiləsində Rusiya klubuna keçən Ramil Şeydayev Tixonovun rəhbərliyi altında cəmi 1 oyunda iştirak edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər