Ramil Şeydayev Slovakiyanın "Jilina" klubunda debüt etməyə hazırdı. Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Adrian Gula məlumat verib.
Baş məşqçi klubun rəsmi saytına açıqlamasında o bildirib ki, azərbaycanlı futbolçunun oynaması ilə bağlı bütün hüquqi məsələlər artıq həllini tapıb və o, bu gün “Zlate Moravtse” ilə oyunda meydana çıxa bilər.
Xatırladaq ki, “Jilina” bu gün Slovakiya çempionatının XIX turunda “Zlate Moravtse”ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20.30-da başlanacaq. Meydana çıxacağı təqdirdə, bu, Şeydayevin “Jilina”da debüt oyunu olacaq.
Fanat.Az