"Xəzər Lənkəran"ın futbolçusu Ağabala Ramazanov digər Premyer Liqa klublarının maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, bəzi elita təmsilçiləri gənc forvardı icarəyə götürmək istəyir.
Lakin Lənkəran klubu Ağabalanı buraxmaq niyyətində deyil. Yeni baş məşqçi hələ müəyyənləşməsə də, Ramazanovun komandada qalacağı dəqiqdi.
Qeyd edək ki, Ağabala son mövsümdə 22 rəsmi oyuna çıxıb, 1090 dəqiqə oynayıb və cəmi 1 qol vurub.
Fanat.az