Rakitiç Mahir Emreliyə uğur dilədi - FOTO

Rakitiç Mahir Emreliyə uğur dilədi - FOTO

Bu gün Avropa Liqasının pley-offunda "Sevilya" ilə qarşılaşacaq "Dinamo Zaqreb"i İspaniyada "ən böyük azarkeşi" Luka Rakitiç ziyarət edib. Luka "Sevilya"nın xorvat oyunçusu İvan Rakitiçin atasıdır.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, ötən gecə komandaya baş çəkən ata-Rakitiç azərbaycanlı Mahir Emrelinin də çıxış etdiyi "Dinamo Zaqreb"ə uğurlar arzulayıb. 

Rakitiç Mahir Emreliyə uğur dilədi - FOTO

İvan Rakitiç son müsahibəsində atasının "Dinamo Zaqreb"in qatı fanatı olması ilə bağlı danışıb. O, "atanız kimin qələbəsinə sevinəcək" sualına belə cavab verib: "Bəli, atam uşaqlıqdan "Dinamo"ludur. Məncə, onsuz da kim qazansa, ləzzət edəcək. "Dinamo Zaqreb" qalib gəlsə, atam sevinəcək, məmnun olacaq. Çünki sonda fanatı olduğu komanda qalib olacaq. Onun üçün həmişə belə olub, "Dinamo"nu çox sevir. "Sevilya" meydandan qalib ayrılsa, atam yenə sevinəcək. Bu dəfə mənim üçün xoşbəxt olacaq".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər