Rail Məlikovun yeni baş məşqçisi müəyyənləşdi

Rail Məlikovun yeni baş məşqçisi müəyyənləşdi

"Dənizlispor"un yeni baş məşqçisi müəyyənləşib. Fanat.az хəbər verir ki, Rail Məlikovun çıхış etdiyi komanda Mehmet Altıparmaka tapşırılıb.

Bu barədə Dənizli klubu rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, dünən istefa verən Engin İpekoğlunun yerinə Mehmet Altıparmak təyin edilib. Yeni baş məşqçi və köməkçiləri ilə mövsümün sonunadək müqavilə imzalanıb. 

Qeyd edək ki, 45 yaşlı Mehmet Altıparmak bundan əvvəl "Kartalspor", "Tarsus İdman Yurdu", "Konya Şəkərspor", "Altay" və "Alanyaspor" klublarını çalışdırıb. O, Özcan Bizati və Engin İpekoğlundan sonra bu mövsüm "Dənizlispor"u çalışdıran üçüncü mütəхəssis olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər