Rahil Məmmədovun klubunda baş məşqçi dəyişikliyi oldu

Rahil Məmmədovun klubunda baş məşqçi dəyişikliyi oldu

Azərbaycanlı futbolçu Rahil Məmmədovun formasını geyindiyi Polşanın LKS klubunda baş məşqçi dəyişikliyi reallaşıb. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Uğursuz nəticələrə görə Pyotr Stokovieçlə yollar ayırılıb. Komanda ötən ilin oktyabrından onun rəhbərliyi altında çempionatda 9, kubokda 1 oyun keçirib. LKS bu görüşlərin 3-də heç-heçə edib, 7-də məğlub olub.

Artıq Rahilin yeni baş məşqçisi də bəllidir. Əvvəllər LKS-nin akademyasında və gənclər komandalarında çalışan Martsin Matisyak mövsümün sonuna kimi Polşa təmsilçisinə rəhbərlik edəcək.

Qeyd edək ki, LKS hazırda 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər