Rahid Mahmud Qurbanovun rekordunu yenilədi

Rahid Mahmud Qurbanovun rekordunu yenilədi

Azərbaycan Premyer Liqasının 5-ci turu yeni rekordla əlamətdar olub. 

Fanat.Az xəbər verir ki, ilk oyun gününün ikinci matçında meydana çıxan Rahid Əmirquliyev ölkə çempionatları tarixinə düşüb.   “Zirə”yə qarşı oyun “Səbail”in kapitanı üçün 422-ci çempionat görüşü olub.   32 yaşlı yarımmüdafiəçi bununla da Azərbaycan çempionatları tarixində ən çox matç keçirən futbolçu adına yiyələnib. O, 421 dəfə meydana çıxan Mahmud Qurbanovun rekordunu arxada qoyub. 3-cü turun “Sumqayıt”la görüşündə rekordu təkrarlayan Əmirquliyev “ASCO Arena”da mütləq göstəriciyə imza atıb.   Rahid Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” – “Şahdağ” matçının (1:0) iştirakçısı olub. Rahid karyerası ərzində çıxdığı matçlarda 33 qol vurub.   O, ölkə çempionatlarında 4 klubun formasını geyinib. Əmirquliyev yetirməsi olduğu “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun) qarşılaşmaya çıxıb. “ASCO Arena”dakı matç onun “Səbail”də 74-cü görüşüdür.   Qeyd edək ki, Azərbaycan çempionatlarında yalnız Rahid Əmirquliyevlə Mahmud Qurbanov 400 oyun səddini keçə bilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər