Rahid Əmirquliyev: "Xəzər Lənkəran”dan ayrıla bilərəm"

Rahid Əmirquliyev: "Xəzər Lənkəran”dan ayrıla bilərəm"
"Bu matç bizim üçün çətin və vacib oyundu. 8 il idi ki, doğma meydanımızda “Neftçi”yə uduzmurduq. İstəyirdik ki, layiqli oyun nümayiş etdirib qələbə qazanaq. Çox təəssüf, alınmadı". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev deyib.
Kapitan komandanın durumundan narazıdı: "Rəhbərlik söz verib. Onlardan soruşsanız daha yaxşı olar. Biz də, ümid edirik ki, hər şey yaxşı olacaq. Belə davam eməz. Mövsümün sonuna kimi müqaviləm var. Belə davam etməməlidi. Dəyişikliklər olmalıdı. Axı, azarkeşlər gəlib bizi dəstəkləyirlər. Biz də bunun qarşılığını verməliyik. Futbolda hər şey ola bilər. Yenə bildirirəm ki, mövsümün sonuna kimi müqaviləm var. Belə davam edərsə, ayrıla bilərəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər