Rafael Leaunu almaq istəyən bu qədər ödəməlidir

Rafael Leaunu almaq istəyən bu qədər ödəməlidir

"Milan"ın adı "Real Madrid" və PSJ ilə yanaşı çəkilən hücumçusunun - Rafael Leaunun İtaliya təmsilçisi ilə müqaviləsindəki sərbəstqalma məbləği açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Sebastien Denis şəxsi "X" hesabı üzərindən yayıb.

Məlumata görə, onu sıralarına cəlb etmək istəyən klub "Milan"a 175 milyon avro ödəməlidir. Mənbə Leaunun özünün də "qırmızı-qaralar"la vidalaşmaq istədiyini, lakin bu məbləğin onu istəyən Avropa nəhənglərinə mane olduğunu vurğulayıb.

Qeyd edək ki, cari mövsüm İtaliya A Seriyasında 20 matça çıxan Rafael 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər