Rafael Leau İngiltərə nəhənginə keçə bilər

Rafael Leau İngiltərə nəhənginə keçə bilər

İtaliyanın "Milan" klubunun portuqaliyalı vingeri Rafael Leau karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, onun xidmətində "Arsenal" maraqlıdır.

"Topçular"ın daha bir gözaltısı isə "Real Madrid"in braziliyalı forvardı Rodriqodur. London təmsilçisi əsas forvardı Viktor Dyökereşə meydanda dəstək verə biləcək oyunçu axtarışındadır.

Qeyd edək ki, 33 xalı olan "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər