Meksika yığmasının üzvü Rafael Markues tarixə düşüb. Fanat.az xəbər verir ki, təcrübəli stoper ardıcıl 4 dünya çempionatında yığmanın kapitan sarğısını daşıyaraq adını tarixə yazdırıb.
Qeyd edək ki, Meksika yığması dünən ilk oyununu Kameruna qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb. Meydana start heyətində çıxan Rafael 90 dəqiqə oynayıb. 35 yaşlı futbolçu bundan əvvəl qatıldığı DÇ-2002 -də (4 oyun, 1 qırmızı vərəqə), DÇ-2006-da (4 oyun, 1 qol) və DÇ-2010-da (4 oyun, 1 qol) Meksika yığmasının kapitanı olub.
Fanat.az