Rafael Ağayevdən dünya çempionatında qələbə qazandı

Rafael Ağayevdən dünya çempionatında qələbə qazandı
İspaniyanın paytaxtı Madriddə karate üzrə 24-cü dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə beşqat dünya çempionu Rafael Ağayev tatami üzərinə çıxıb. O, Qvatemala idmançısı Allan Maldonado ilə görüşüb. Döyüş R.Ağayevin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Karateçimiz növbəti mərhələdə argentinalı Xulio İçiki ilə qarşılaşacaq.
Qeyd edək ki, fərdi yarışların ikinci günündə daha 6 karateçimiz tatamiyə çıxacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər