“Bakı-2015” I Avropa Oyunlarında qızıl medal qazanan idmançı Rafael Ağayev “Star life” verilişinə açıqlama verib. Fanat.az xəbər verir ki, karateçi qələbə sevincini bölüşüb:
“Əsas odu ki, vətənimə qızıl medal qazandırdım. Nəticə gözəl oldu. Rəqiblərimin kim olduğunu əvvəlcədən bilirdim. Mənimlə üz-üzə gələn idmançıların ən böyük arzuları Rafaeli udmaq idi, amma alınmadı. İkinci-üçüncü yerləri düşünmürdüm. Ancaq qələbə haqqında fikirləşirdim. Qələbə qazandıqdan sonra idmançı dayanmamalıdı. Məşqlərə başlayıram: qaçmaq, futbol, basketbol. Çox adam deyir ki, 30 yaşın var, zirvəyə qalxmısan, idmanı bitir. Amma mən belə düşünmürəm. Dünyada beş güclü idmançıdan biriyəm. Məni özünə güclü rəqib bilənlər az deyil. Avropa Oyunları ilə mənim işim qurtarmır. 2014-cü il uğursuz oldu. Bu il qızıllarımın sayı artır. 2017-ci ildə İslam oyunları bizdədi, orada da iştirak edəcəm. 2020-ci ildə karate olimpiyadaya düşərsə, orada yarışacam. Ondan sonra idmana son qoyacam. Hazırda isə mən karatenin Maradonası, brilyantıyam".//Axşam.az
Fanat.az