Radamel Falkaodan Türkiyədə koronavirusla mübarizəyə dəstək

Radamel Falkaodan Türkiyədə koronavirusla mübarizəyə dəstək
"Qalatasaray”ın daha bir futbolçusu koronavirusla mübarizəyə dəstək olub. 
Fanat.Az xəbər verir ki, Radamel Falkao İzmir Tepecik Təhsil və Araşdırma xəstəxanasına ianə edib. 34 yaşlı hücumçunun köçürdüyü məbləğ xəstəxanadakı səhiyyə işçilərinin ehtiyaclarına yönəldiləcək.
Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"ın futbolçularından Fernando Muslera, Florin Andone, Rayan Donk, Selçuk İnan, Ahmet Çalık, Şener Özbayraklı və Emre Akbaba müxtəlif xəstəxanalara ianə ediblər. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər