"Mançester Yunayted" "Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Get Italian Football News" yayıb.
Xəbərə görə, MY nümayəndələri futbolçunun anası və agenti Veronika Rabyo ilə görüşərək bütün detallar barədə razılığa gəliblər.
Xatırladaq ki, Adrien "Yuventus"a 2019-cu ildə qoşulub. Həmin vaxt PSJ-dən ayrılaraq azad agentə çevrilən futbolçunu "qoca sinyora" havayı əldə edib.
Nihat