Qvardioladan "Arsenal"a atmaca: "Bu, yenilikdir"

Qvardioladan "Arsenal"a atmaca: "Bu, yenilikdir"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının ardıcıl 2 çempionat oyununda məğlub olmasından danışıb.

Fanat.Az xəbər verir ki, jurnalist Aleks Kruk onun dediklərini sosial şəbəkə hesabı üzərindən belə çatdırıb:

"Mançester Siti"nin ardıcıl iki oyunda uduzması yenilik deyil. "Arsenal"ın 12 oyunluq məğlubiyyətdən sonra "Mançester Siti"ni məğlub etməsi isə yenilikdir".

Xatırladaq ki, "şəhərlilər" İngiltərə Premyer Liqasının 7-ci turunda "Vulverhempton"a 1:2, ardından isə "Arsenal"a 0:1 hesabı ilə yenilib. Hazırda 18 xalı olan Mançester təmsilçisi  turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər