"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalında "Bayern Münhen"i (3:0, 1:1) mübarizədən kənarlaşdırıb.
Fanat.Az "Euro-football"a istinadən xəbər verir ki, bununla İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola qitənin ən nüfuzlu klub turnirinin yarımfinalına onuncu dəfə yüksəlib.
Bu isə rekorddur. "Real"ın çalışdırıcısı Karlo Ançelotti bunu 9 dəfə bacarıb.
"Real Madrid" və "Mançester Siti" yarımfinalda üz-üzə gələcək.
Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda keçiriləcək.
Mirağa