Qvardiola və Mourinyo yenidən üz-üzə gələcək

Qvardiola və Mourinyo yenidən üz-üzə gələcək

Bu gün UEFA Superkubokunun qalibi müəyyən olacaq. Fanat.az xəbər verir ki, Çexiyanın paytaxtı Praqada baş tutacaq qarşılaşmada Almaniyanın “Bavariya” və İngiltərənin “Çelsi” klubları görüşəcək. 

İndiyədək "Bavariya" 4-cü dəfədi ki, bu kubok uğrunda mübarizə aparacaq. Lakin Münhen təmsilçisi hələ də Super Kuboku muzeyinə apara bilməyib.  Ardıcıl 2 il Çempionlar Liqasının finalında oynayan, bu ilin mayında kuboku qazandıqdan sonra Yupp Haynkeslə yollarını ayıran “Bavariya” ispaniyalı Xosep Qvardiolanın rəhbərliyi altında ilk beynəlxalq oyununa çıxacaq. 

Ötən il Çempionlar Liqasının finalında bugünkü rəqibini məğlub edən, 3 ay əvvəl isə Avropa Liqasında zəfər çalan “Çelsi” isə artıq 1 dəfə Superkubopku qazanıb. "Zadəganlar" bu dəfə Joze Mourinyonun rəhbərliyi altında meydana çıxacaq.

Gözlənilən start heyətləri isə bu cürdü:

Bavariya: Neuer, Alaba, Dante, Boatenq, Lahm, Bastyan, Kroos, Müller, Riberi, Robben, Mandzukiç.

Çelsi: Çex, Kol, Terri, Luis, İvanoviç, Essyen, Ramires, Mata, Oskar, Hazard, Lukaku

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər