Qvardiola rekorda şərik oldu

Qvardiola rekorda şərik oldu

Dünən Afinada "Sevilya"nı məğlub edərək UEFA Superkubokunu qazanan "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola karyerasında 4-cü dəfə bu titula sahib çıxıb.

Fanat.Az xəbər verir ki, ispaniyalı çalışdırıcı bu göstəricidə rekordçu olan, hazırda "Real Madrid"i çalışdıran Karlo Ançelottiyə çatıb.

Qeyd edək ki, matçın əsas vaxtı 1:1 hesabı ilə bitib. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən İngiltərə təmsilçisi (5:4) sevinən tərəf olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər