Qvardiola PSJ üzərində qələbəni şərh etdi

Qvardiola PSJ üzərində qələbəni şərh etdi

Ötən gün Çempionlar Liqasının qrup mərhələsində "Mançester Siti" öz meydanında PSJ-yə 2:1 hesabı ilə qalib gəlib. 

Fanat.Az xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola UEFA-nın rəsmi saytına açıqlamasında qələbəni şərh edib: 

“Təhlükə həmişə rəqibin topa sahib olduğu zaman yaranır. PSJ-nin vurduğu qoldan sonra 5-10 dəqiqəlik nokauta düşdük. Bizi dəstəklədikləri üçün azarkeşlərə təşəkkür edirik. Gözəl bir gecə oldu. Pley-offa vəsiqə qazanmışıq və yaxşı oyun keçirmişik. Böyük bir iltifatdır. Oyunçuları təbrik edirəm"

Qeyd edək ki, A qrupunda mübarizə aparan  "Mançester Siti" V turdan sonra 12 xalla turnir cədvəlində birinci yeri tutur. PSJ isə 8 xalla ikincidir. Hər iki komanda Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər