Qvardiola Mourinyodan üstün oldu - VİDEO

Qvardiola Mourinyodan üstün oldu - VİDEO
UEFA Super Kubokunun qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Çempionlar Liqasının son qalibi "Bavariya" Avropa Liqasının sahibi "Çelsi"ni sınağa çəkib.
Bu oyun Pep Qvardiola və Joze Mourinyonun qarşılaşması baxımından əhəmiyyətli olub. "Barselona" və "Real"ın sabiq çılışdırıcılıra yeni klublarında ilk dəfə üz-üzə gəliblər.
Hesabı 8-ci dəqiqədə "Çelsi"dən Fernando Torres açıb. 47-ci dəqiqədə Frank Riberi bərabərliyi təmin edib. Əsas vaxt 161 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə bir dəfə də fərqlənib. 93-cü dəqiqədə Eden Hazard "Çelsi"ni hesabda önə keçirib. 120-ci dəqiqədə isə Xavyer Martines yenidən "Bavariya"nı sevindirib. Belədə qalib penalti seriyasında müəyyənləşib. 10 penalti zərbəsindənq 9-u dəqiq olub və Romelu Lukaku qapını dəqiq nişan ala bilmədiyindən "Bavariya" 5:4 (ümumi hesab 7:6) hesablı qələbə ilə Super Kuboka sahib çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər