Qvardiola Messi və Ronaldodan öndə - fantastik maaş

Qvardiola Messi və Ronaldodan öndə - fantastik maaş
"Mançester Siti" ilə anlaşan Pep Qvardiolanın maaşı açıqlanıb. Fanat.az xəbər verir ki, ispan mütəxəssis İngiltərədə fantastik məbləğdə pul qazanacaq.
"Bavariya"da aldığı illik 19 milyon avro (32 milyon 961 min manat) maaşla ən çox qazanan baş məşqçi olan Qvardiola bu məğləbi artıracaq. Belə ki, "Mançester Siti" ona 27 milyon avro (46 milyon 839 min manat) maaş verəcək. Bu mələğ bonuslarla birlikdə 31 milyon avroya (53 milyon 822 min manat) çatacaq.
Bununla da Qvardiola dünyanın ən çox qazanan futbolçuları - Lionel Messi və Kriştiano Ronaldonu geridə qoyacaq. Belə ki, Messi "Barselona"dan illik 25 milyon avro (43 milyon 370 min manat), Ronaldo isə "Real"dan 20 milyon avro (34 milyon 696 min manat) maaş alır.
Qvardiola dünya futbolunda bir baş məşqçiyə ödənən ən böyük maaş rekordunu da qıracaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər