Qvardiola ÇL-də yeni rekord müəyyənləşdirdi

Qvardiola ÇL-də yeni rekord müəyyənləşdirdi

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, dünən sözügedən turnirin yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Real Madrid"i 3:0 hesabı ilə darmadağın edərək finala yüksələn "şərhərlilər"in çalışdırıcısı qitənin ən nüfuzlu klub turnirində 100-cü qələbəsini qazanıb.

Qvardiola 100-ə 160-cı ÇL matçında çatıb ki, bu da indiyədək heç bir mütəxəssisin nail ola bilmədiyi nəticədir. Öncəki rekord "Real"ın çalışdırıcısı Karlo Ançelottiyə məxsus idi. O, ÇL-də 100-cü qələbəsini 180-ci oyununda görmüşdü.

Qeyd edək ki, "Mançester Siti" finalda "İnter"lə qarşılaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər