Qvardiola ÇL-də qarşılaşmaq istəmədiyi komandanın adını açıqladı - Bu, "Real" deyil

Qvardiola ÇL-də qarşılaşmaq istəmədiyi komandanın adını açıqladı - Bu, "Real" deyil

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında hansı klubla qarşılaşmaq istəmədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "CheTempo CheFa" kataloniyalı mütəxəssisin dediklərini belə çatdırıb:

“Hansı komanda ilə qarşılaşmaq istəməzdim? Yaxşı sualdır. Yəqin ki, "Barselona" ilə. Çünki bu kluba böyük sevgim var".

“Mançester Siti” ÇL-in Liqa mərhələsindəki iki turda “Slovan”ı (4:0) məğlub edərək və “İnter”lə heç-heçə (0:0) oynayaraq 4 xal toplayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər