Qvardiola Joan Qarsiya ilə bağlı sualı belə cavablandırdı

Qvardiola Joan Qarsiya ilə bağlı sualı belə cavablandırdı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubun "Espanyol"un qapıçısı Joan Qarsiyanı transfer edəcəyi ilə bağı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Cadena SER" belə çatdırıb:

"Mətbuatda yazılanlara qalsa, klubumuz 500 oyunçu ilə maraqlanır. Sizcə, belədir? (Gülür.) Bilmirən Qarsiyanın işləri necədir. Mənə deyiblər ki, o, əla qapıçıdır. Qapıçı işinin dərinliklərini anlamıram. Mən onlara topu saxlamalarını tapşırıram. 

Artıq bir neçə həftədir ki, növbəti mövsümlə bağlı planlarımızdan danışırıq. Ederson və Ştefan Orteqa bizimlə qalacaqlar".

Xatırladaq ki, Qarsiyanın adı "Barselona" ilə də yanaşı çəkilir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər