Qvardiola gizlicə evləndi

Qvardiola gizlicə evləndi
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola evlənib. Fanat.az xəbər verir ki, ispan mütəxəssis 20 illik rəfiqəsi Kristina Serra ilə münasibətlərini rəsmiləşdirib.
O, bu gün səssiz-sədasız nigah masasına oturub. Barselonanın Matadepera bələdiyyəsində baş tutan nigah mərasiminə jurnalistlər buraxılmayıb. Mərasimdə cütlüyün valideynləri və uşaqları - Maria, Marius və Valentina qatılıb.
Mətbuat cütlüyün bələdiyyənin rəsmi saytına yerləşdirilmiş şəkilini gördükdən sonra nigahdan xəbər tutub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər