Qvardiola Bernardo Silvanı Messi ilə müqayisə etdi

Qvardiola Bernardo Silvanı Messi ilə müqayisə etdi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Bornmut"la oyundan (6:1) sonra yarımmüdafiəçi Bernardo Silva haqda fikirlərini bildirib. 

Fanat.Az xəbər verir ki, kataloniyalı mütəxəssis bu görüşdə iki qola imza atan portuqaliyalı yarımmüdafiəçini tərifləyib.

“Bernardo heyrətamiz futbolçudur, o, iki yaxşı qol vurdu. İkinci qol isə Leo Messinin üslubunda alındı. Lionel bu vəziyətlərdə dəfələrlə belə qollar vurub”.

Qvardiolanın komandası 11 oyundan sonra 27 xal toplayıb və İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci yerdədir.

İngiltərə çempionatının cari mövsümündə Bernardo səkkiz oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər