"Real"da forma geyən Quti mətbuata maraqlı açıqlama verib. Fanat.az xəbər verir ki, ispaniyalı futbolçu uşaq vaxtı saçlarını kəsdirməsinin səbəbini açıqlayıb:
"Mənim 14 yaşım vardı. Visente Del Boske yanıma gəldi və mənə saçlarımı kəsdirməsəm futbolda inkişaf edə bilməyəcəyimi söylədi. Amma bu cür uzun saçlarımla yaxşı futbol oynadığımı düşünürəm. Nəhayət saçlarımı kəsdirdim, ancaq karyeramı bitirdikdən sonra".
Qeyd edək ki, Quti 2012-ci ildə futbolçu karyerasını başa vurub.
Fanat.az