"Qarabağ" Topaz Premyer Liqasının IX turunda "Xəzər Lənkəran"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi start heyətini açıqlayıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən turla müqayisədə heyətdə 6 dəyişiklik edib. Çalışdırıcı Maksim Medvedev, Muarem Muarem, Rəşad Sadıqov, Vüqar Nadirov, Riçard Almeyda və Ansi Aqolliyə bu dəfə "11-lik"də yer verməyib. Vüqar, Riçard və Vüqar ehtiyada qalıb, Maksim, Muarem və Rəşad "18-liy"yə düşməyib. Əvəzində Tərlan Quliyev, Namiq Yusifov, İnnosent Emeqara, İlqar Qurbanov, Bədavi Hüseynov və Namiq Ələsgərov ilk dəqiqələrdən meydana çıxmaq imkanı əldə edib.
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin isə məcburiyyətdən bir dəyişiklik edib. Belə ki, zədəli Cahangir Həsənzadə "18-liy"ə düşməyib. Türk mütəxəssis qapını Orxan Sadıqlıya tapşırıb.
Fanat.az