Qurban Qurbanovdan 6 dəyişiklik: Şehiçlə Dias...

Qurban Qurbanovdan 6 dəyişiklik: Şehiçlə Dias...
"Qarabağ" Premyer Liqanın V turunda AZAL-ı qəbul edəcək. Fanat.az xəbər verir ki, Qurban Qurbanov start heyətini açıqlayıb.
Baş məşqçi "Bakı" matçı ilə müqayisədə heyətdə 6 dəyişiklik edib. İbrahim Şehiçi ehtiyatda saxlayan Qurbanov qapını Fərhad Vəliyevə tapşırıb. "Bakı"ya qarşı ilk dəqiqələrdən oynayan Tərlan Quliyev, Hacı Əhmədov, Namiq Yusifov, Danilo Dias və Şəhriyar Əliyev bu dəfə "11-liy"ə düşməyib. Onların əvəzində Qara Qarayev, Riçard Almeyda, Ansi Aqolli, Leroy Corc və Bədavi Hüseynov start heyətinə düşüb.
Şehiçlə Hacını ehtiyatda saxlayan Qurbanov Tərlan, Namiq, Dias və Şəhriyarı "18-liy"ə salmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər