Qurban Qurbanov "Xəzər Lənkəran" haqda nə dedi?

Qurban Qurbanov "Xəzər Lənkəran" haqda nə dedi?
"Yoxlama oyununa əsasən komanda haqda fikir söyləmək olmaz. Belə qarşılaşmalara yorğun çıxırlar. Komandada oyun intizamının güclənməsini görürük. Düşünürəm ki, ikinci yarının ilk matçında bizi çətin oyun gözləyir". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Xəzər Lənkəran" - "Çaykur Rizəspor" (0:0) və "Xəzər Lənkəran" - "Gənclərbirliyi" 0:2) oyunlarını canlı izləyən mütəxəssis Premyer Liqadakı rəqibləri barədə fikir bildirib. Qurbanov XIX turda qarşılaşacaqları Lənkəran klubunun oyununa bələd olmağa çalışdıqlarını söyləyib: "İstəyirik ki, rəqiblə daha yaxından tanış olaq. Yeni baş məşqçi gəlib. Komandanın oyun planında da dəyişikliklər ola bilər. Bu üzdən rəqibimizi izləyirik ki, görək oyununda nə dəyişib".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər