Qurban Qurbanov: "Müdafiəni gücləndirmək lazımdı"

Qurban Qurbanov: "Müdafiəni gücləndirmək lazımdı"

Qurban Qurbanov "Yanq Boyz"la oyundan əvvəl mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi bu sözləri deyib:

"Yanq Boyz" çətin rəqibdi. Asan oyun gözləmirəm. İlk oyun da rəqibimizin necə çətin rəqib olduğunu göstərdi. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şansımız var. Ona görə bu imkandan maksimum yararlanmalıyıq. Qazonun vəziyyətini düşünmürük. Bunu unutsaq, daha yaxşı olar".

"Onların hücum xәtti güclüdü. Rəqibin yaxşı oyunçuları var. Hәr bir futbolçusu bizim üçün tәhlükәdi. Bütün bunları düşünmüşük. Çalışacağıq ki, hәr bir xәtdә inamlı oynayaq. Mәrhәlә adlayacağımıza inanıram. Fikrimcә, bizi maraqlı oyun gözlәyir. Onların avrokuboklarda böyük təcrübəsi var".

"Səfər oyununda qələbə qazansaq da, heç bir eyforiya yoxdu. Azarkeşlər və mətbuat nümayəndələri daha sakitdilər, nəinki komanda üzvləri. Başa düşürük ki, yaxşı şans əldə etmişik və oynamaq lazımdı". 

"Bizə bir qol da bəs edir. Amma qol vurmaya da bilərik. Əsas bizə sərf edən nəticəyə nail olmaqdı. Ola bilsin ki, baxımlı oyun alınmasın. Amma sürətli oyun olacağını düşünürəm. Ona görə də müdafiəni gücləndirmək lazımdı".

"Ümid edәk ki, әlavә vaxt olmayacaq. Hamının qeyd etdiyi kimi, penaltilәr lotereyadı. Bu mövzuda futbolçulara yüklәnmirәm. Oyuna 2-3 gün qalmış mәn futbolçularımla bunu mәşq etmirik. Çünki bu onlarda psixoloji gәrginlik yarada bilәr. Amma ay әrzindә olur ki, biz mәşqlәrdә bunu edirik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər