"Qarabağ"da işləmək məsuliyyətli və fəxrli işdi. Başqa komandada çalışsaydım, mənə daha asan olardı. Amma "Qarabağ"da hər şey tam fərqlidi". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Qarabağ" dünən çempionluq kubokunu Ağdama aparıb. Azarkeşlərlə görüşdə çıxış edən Qurbanov Avropa Liqası ilə bağlı danışıb: "Avropa Liqasında sizin dəstəyinizə ehtiyacım var. Sizi beynəlxalq arenada layiqincə təmsil etməyə çalışacağıq".
Fanat.az