“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avstriya təlim-məşq toplanışının yekununa əsasən 5 futbolçunu Maltaya aparmayıb və Azərbaycana göndərib.
Gənc futbolçular Tural Rzayev, Bilal Abbaszadə, Asəf Namazov, Tural İsgəndərov və Toğrul Bilallı “Qarabağ”ın heyətindən kənarlaşdırılıblar.
Qeyd edək ki, iyulun 15-də “Valletta” ilə üz-üzə gələcək “Qarabağ” Avstriyanı dünən tərk edib. Ağdam klubu hazırda Maltadadır.
Mənbə: Futbol11.az