"Özümü ağrıtmaq istədim" - Qvardiola üzünü bu vəziyyətə saldı

"Özümü ağrıtmaq istədim" - Qvardiola üzünü bu vəziyyətə saldı

Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda öz meydanında "Feyenoord"la 3:3 hesablı bərabərliyə razılaşan "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola oyundan sonra üzündəki cırmaq izlərinin necə yarandığını deyib.

Fanat.Az xəbər verir ki, "beIN Sport" 3 top fərqi ilə öndə olmasına rəğmən, qələbə qazana bilməyən "şəhərlilər"in çalışdırıcısının sözlərini belə çatdırıb:

"Dırnaqlarımla etmişəm. Özümü ağrıtmaq istədim".

"Özümü ağrıtmaq istədim" - Qvardiola üzünü bu vəziyyətə saldı

Xatırladaq ki, "Siti" ardıcıl 6 oyundur ki, qələbə qazana bilmir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər