"Təəssüf ki, oyun istədiyimiz kimi keçmədi. İlk setdə qalib gəlsək də, serblər hər dəfə hesabı bərabərləşdirdilər. Medal qazanmaq istəyirdik. Ancaq istəyimiz baş tutmadı". Fanat.az хəbər verir ki, bu sözləri Avropa Oyunlarında 4-cü yeri tutan qadınlardan ibarət voleybol millimizin baş məşqçisi Aleksandr Çervyakov Serbiya ilə oyundan (2:3) sonra deyib.
Təcrübəli mütəxəsis oyunun istədikləri kimi keçmədiyini qeyd edib: "Deyə bilərəm ki, qızlar pis oyun göstərmədilər, komanda oyunu nümayiş etdirdilər. Qarşıda çox sayda turnirlər var. Həmin yarışlara çıxıb yaxşı səviyyədə oyun göstərmək lazımdı. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Üzərimizdə psixoloji təzyiq var idi. Belə təzyiq altında oynamaq çətin oldu. Belədə səhvlərə yol verdik. İlk növbədə bloklar üzərində işləməyimiz lazımdı. Sonra psixologiya üzərində hazırlaşmağımız gərəkdi. Çünki səhv edən kimi, psixoloji baxımdan özümüzü itiririk. Qızlar bir-birlərinə dəstək olmağa çalışsa da, bu onlarda alınmır. Ona görə də psixoloji durumu qaydasına salmaq lazımdı. Güclü rəqiblərlə oynamalıyıq ki, belə durumlara düşməyək".
Fanat.az