"Zəngəzur" qolçu hücumçu ilə razılığa gəldimi? - Bilindi

"Zəngəzur" qolçu hücumçu ilə razılığa gəldimi? - Bilindi

2-ci Liqa təmsilçisi "Zəngəzur" heyətini qolçu hücumçu ilə gücləndirmək niyyətindədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən klubun rəhbərliyi hazırda mərkəz forvardı axtarışındadır.

Ötən mövsüm Region Liqasında çempion olaraq 2-ci Liqaya yüksələn "Zəngəzur" geridə qalan "futbol ili"ni "Quba"da keçirən Vidadi Cəfərovla müqavilə bağlamağa səy göstərib. Aparılan danışıqlar zamanı razılıq əldə edilməyib. Belə ki, Quba təmsilçisində 24 qol vuran Cəfərov 1-ci Liqa klublarında oynamağa üstünlük verdiyini və hazırda bir neçə klubla danışıq apardığını deyib.

Xatırladaq ki, Cəfərov 2024/2025 mövsümündə "Şəmkir"in heyətində 31 qolla 2-ci Liqanın ən sərrast oyunçusu olmuşdu.

Nihat      

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər