"Zaqreb təmsilçisi hətta səfərdə qələbə də qazana bilər"

"Zaqreb təmsilçisi hətta səfərdə qələbə də qazana bilər"

Zaqreb "Dinamo"sunun sabiq qapıçısı İvan Kelava Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivsində bu gün Bakıda "Qarabağ"ın qonağı olacaq Xorvatiya təmsilçisinin Azərbaycan komandası ilə oyunu barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Vecernji.hr" onun sözlərini belə çatdırıb:

"Qarabağ" "Maksimir"də qol vura bilməyib. Təəssüf ki, indi səfər qolu anlayışı yoxdur. Amma indiki "Dinamo" güclüdür və üstünlüyünü qoruyacaq səviyyədədir. Zaqreb təmsilçisi hətta səfərdə qələbə də qazana bilər. Amma "Qarabağ"ın çox ciddi rəqib olduğunu gördük. Bunu klubda hamı bilir".

Xatırladaq ki, tərəflərin ilk dueli "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər