"Öz oyunumuzu göstərəndə yaxşı kollektivə çevrilirik" - Stiv Klark

"Öz oyunumuzu göstərəndə yaxşı kollektivə çevrilirik" - Stiv Klark

Şotlandiya millisinin baş məşqçisi Stiv Klark Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda İsveçrəyə qarşı keçirdikləri oyunu (1:1) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, 59 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında belə danışıb: 

"Almaniya ilə oyunu yaddan çıxarmağa çalışmalıyıq. Çox ağır gecə idi... İlk qarşılaşmadan fərqi olaraq ikinci görüşdə yaxşı futbol sərgilədik. Öz oyunumuzu göstərəndə yaxşı kollektivə çevrilirik. İsveçrə ilə matçda hücumlar qurmaq, topla hərəkət etmək və rəqibin cərimə meydançasında təhlükə yaratmaq istədik. İsveçrə çox yaxşı komandadır".

Xatırladaq ki, İsveçrə A qrupunda çıxdığı ilk matçda Almaniyaya 1:5 hesabı ilə məğlub olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər