"Yuxumda "Real" çalışdırırdım". Fanat.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl millimizin baş məşqçi postuna namizəd göstərilən Yığmaz Vural deyib.
Daim maraqlı və qalmaqallı açıqlamalarla çıxış edən mütəxəssis heç vaxt mövsümün əvvəlində klub çalışdırmadığını bildirib: "Klublar mənə mövsümün əvvəlində təklif göndərmir. Hər şeyi itirəndən sonra, "dənizə düşən ilana sarılar" misalı məni çağırırlar. Həmişə belə iş tapıram".
Fanat.az