"Yuve" "Real"a, Qvardiola "Barsa"ya rəqib oldu

"Yuve" "Real"a, Qvardiola "Barsa"ya rəqib oldu
Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirində mübarizəni davam etdirən 4 klubun növbəti rəqibləri bəlli olub.
 
Püşk Pep Qvardiolanı böyük uğurlar qazandığı sabiq komandasına qarşı qoyub. Belə ki, ispan mütəхəssisin başçılıq etdiyi "Bavariya" yarımfinalda "Barselona"ya rəqib olub. Turnirin sürpriz komandası hesab olunan "Yuventus" isə son çempion "Real"la qarşılaşacaq.
Püşkü nəticəsinə əsasən "Yuventus" - "Real" cütünün qalibi finalda nominal ev sahibi olacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 5-6 və 12-13-də keçiriləcək. Həlledici oyun isə iyunun 6-da Berlindəki "Olimpiya" stadionunda baş tutacacaq.
Çempionlar Liqası
Yarımfinal
Barselona (İspaniya) - Bavariya (Almaniya) 
Yuventus (İtaliya) - Real (İspaniya) 
Final
Yuventus//Real - Barselona//Bavariya
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər