"Yəqin ki, Lənkərana ruhum gedib"

"Yəqin ki, Lənkərana ruhum gedib"
"Deyirlər ki, mən Lənkərana getmişəm. Ancaq Bakıdayam, indicə yuxudan durub sizinlə danışıram". Fanat.az publika.az saytına istinadən xəbər verir ki, bu sözləri Nazim Süleymanov deyib.
Son olaraq "Neftçi"yə başçılıq etmiş mütəxəssisin "Xəzər Lənkəran"ın idman direktoru təyin olunduğu deyilir. Lakin Nazim bəy xəbəri təkzib edib: "Yəqin ki, Lənkərana ruhum gedib. "Xəzər Lənkəran"ın idman direktoru vəzifəsinə təynat almağımla bağlı yayılan xəbərin heç bir əsası yoxdu. Hazırda işsizəm, hansısa klubdan təklif almamışam. Təklif alaramsa, masa arxasında oturub bunu müzakirə etməyə də hazıram".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər