"Yaxşı başlanğıc idi"- Antonio Konte

"Yaxşı başlanğıc idi"- Antonio Konte

“Yaxşı başlanğıc idi. Çempionlar Liqasındakı ilk oyunumuzda əla hesabla qələbə qazanmaq, çoxlu qol vurmaq və matçı qol buraxmadan başa vurmaq uğurlu start deməkdi”. Fanat.Az "Metro"ya istinadən xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

 

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”a  6:0 hesabıyla qalib gələn London təmsilçisinin çalışdırıcısı oyundan sonra təşkil olunmuş mətbuat konfransında zəfəri dəyərləndirib: “Oyunçularım matça əla köklənmişdilər. Sona qədər eyni tempi saxladılar. Gənc futbolçular bilmədirlər ki, əgər onları Çempionlar Liqasında meydana buraxıramsa, deməli, güvənirəm. İlk oyuna rotasiya ilə başladıq, bundan sonra da belə davam edəcəyik”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər