Fanat.az-ın oxucularına yaxşı tanış olan İki dost yenə çayxanada görüşmüşdü. Şübhəsiz, futboldan danışırdılar...
- Qaqa, keçmiş olsun, sağalıfsan dəəsən... Tok vurmuş ağaşdələn gününə qalsan da, gözdərin diridi, maşallah.
- Ə xəstəlik bekara şeydi... Sən de görüm əsgər yoldaşına iş tafdın?
- Neftçalalı gədiyə?
- Hə, o keçən dəfə sənnən çay içməyə gələn bankəliyə.
- Mıdının kafesində işdiyir. Dedim, vəziyyət belədi, sağ olsun, sözümü yerə salmadı.
- Birdən orda şey zad çəkif Mıdını da zibilə salar e, qaqa.
- Ə yox, şeyin başın buraxıf. Evlənənnən bəri ağıllanıf ta.
- Eşitdim “Topaz”da pul tutuf...
- “Topaz”da udan var ki, o da udsun? Millətin qanın sorur “Topaz”... Bədbaxta 50 dəfə dedim ki, Azərbaycanın qələbəsinə atma. Götürdü aylıx maaşını zırradı yığmanın qələbəsinə, yandırdı.
- Ə, bə deyirsən ağıllanıf? Aylıx maaşı qaz komandanın qələbəsinə qoymaxdansa, gündə 2 baş şey çəkməyi məsləhətdi. Pulu qaqan tutdu e, özü də “qara bazar”da. 5 manat qoydum Lixtenşteynnən Farer adalarının qələbəsinə, yanına da Norveçin “diri ikisin” yapışdırdım, partdatdım.
- Guya sən düz-əməlli yazmısan ki? Allahın yazığı gəlif. Bir də oynama.
- Qaqa, Elxan Məmmədov da Norveçin qələbəsinə atıfmış deyillər, düz söhbətdi?
- Yox ə, Elxan məllimin futboldan başı çıxır ki, “Topaz” oynuya? Kimsə sənnən məzələnif...
-Vallah, maa dedilər ki, taymına qələbə yazıf, 100 min manat qoyufmuş.
- Səni alladıflar.
- Fikirrəşirdim ki, milli dağıdajax dana Norveçi. Çıxıf ütülmüş kəpənəh kimi əyaxların sürüdülər. Oların yerinə utanıv öldüm. Mahmud ay Mahmud, bu da Mahmud! Nağayrdı guya?
- Qaqa, Mahmud nağayrmalıdı? Çıxıf Ruslan Abışovun əvəzinə qapıya zərbə vurmalıdı? Yoxsa 55 yaşında Mahir Şükürova mövqe bağlamağı öyrətməlidi? Foqtsun 6 ilə pis günə saldığı komandanı Mahmud 6 günə düzəltməliydi bəlkə?
- Ə, məni yandıran bu Səlahət Ağayevin quruyuf qaxaca dönməyiydi e. Qaqam elə bil suluğ udmuşdu. Kankret şokdaydı haa.
- Əşşi...
- Qaqa, bizim U-17-ynən U-19 elit mərhəliyə çıxıf, heləmi?
- Hə, ikisi də.
- Bax olar yığmıya gələnnən sora bizdə də futbol olajax. Baxarsan...
- Olar 2 ildən sora heç voleybol da oynamıyajax. Hərəsi 100 minnik müqavilə görən kimi, dönüv olajaxlar o birilərin tayı! Yarısı “əxi” olajax, yarısı da avara!
- Çayın içinə nə atıv ə bu? Çaydan dimidrol dadı gəlir, tfu...
- Bəyaxdan ona görə 6 çaynik işmisən?
-Dur ə, dur gedəh, adama 5-6 xəngəl yeyəh...
Fanat.az