"Yarımçıq qalmış arzularımızın dalınca gedirik" - "Quba"nın baş məşqçisi

"Yarımçıq qalmış arzularımızın dalınca gedirik" - "Quba"nın baş məşqçisi

2-ci Liqanın ilk turu çempionluğa iddialı komandaların dueli ilə başlayacaq. "Quba" "Qaradağ Lökbatan"ı qəbul edəcək. Quba təmsilçisinin baş məşqçisi Elvin Həsənovla əlaqə saxlayıb qarşıdakı matç haqda fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Ötən mövsümün ikinci yarısından bu komandada çalışırıq. Uzun müddət futbolsuz qalan qubalı azarkeşləri sevindirə bildiksə, nə xoş bizə. Pley-offa çıxsaq da, "Difai"yə 1:3 hesabı ilə məğlub olduq. Yarımçıq qalmış arzularımızın dalınca gedirik. Məqsədimiz çempionluqdur. Gənclərdən ibarət iddialı komanda qurmuşuq. Gənclərə üstünlük verirəm. Əvvəllər də gənclərlə çox işləmişəm. Yetişmək, "artırmaq" üçün gənc futbolçular 1-ci və 2-ci liqalarda müntəzəm oynamalıdırlar. Çox yaxşı şəraitimiz var. Əksər klublar bizə sırf şərait baxımından yaxşı mənada həsəd apara bilərlər.  Bzamız, üç təbii ot örtüklü meydanımız var. 

İlk oyunumuzu "Qaradağ Lökbatan"a qarşı keçirəcəyik. Birinci matçdır. Məlum məsələdir ki, birinci oyunlarda heç kim heç kimi təhlil edə bilmir. Rəqib ötən mövsümü 1-ci Liqada keçirib. İddialı, güclü kollektivdir. Onlar haqqında yalnız xoş sözlər deyə bilərəm. Bizi çox ağır oyun gözləyir. Öz azarkeşlərimiz önündə oynayacağıq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər