"Yamal iki qol imkanını boşa versə də..." - Flik darmadağından sonra Lamindən danışdı

"Yamal iki qol imkanını boşa versə də..." - Flik darmadağından sonra Lamindən danışdı

La Liqanın 19-cu turunun oyununda səfərdə "Malyorka"nı 5:1 hesabı ilə məğlub edən "Barselona"nın baş məşqçisi Hans-Diter Flik bu görüşdə məhsuldar ötürmə ilə yadda qalan 17 yaşlı Lamin Yamaldan danışıb.

Fanat.Az xəbər verir ki, AS onun sözlərini belə çatdırıb:

"Lamin bizim üçün həmişə vacib oyunçu olub. O, "Malyorka" ilə oyunda bunu sübut etdi. Yamal komandanın oyununu dəyişir. İki qol imkanından istifadə etməsə də, əla çıxışla yadda qaldı".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 18 matça çıxaraq 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər