"Ya oturub ağlamalıyam, ya da..." - Markus Raşford

"Ya oturub ağlamalıyam, ya da..." - Markus Raşford

"Mançester Yunayted"in cinah hücumçusu Markus Raşford adının İngiltərə Premyer Liqasının 16-cı turunda "Mançester Siti"yə qarşı səfərdə keçirdikləri derbi matçın (2:1) iştirak ərizəsinə salınmamasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini jurnalust Henri Vinter şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Derbisiz qalmaq çox üzücüdür, amma bu, baş verdi. Biz qələbə qazandıq. Gəlin irəli baxaq. Hə, o qarşılaşmada oynamamaq məyusedicidir, lakin mən yaşa dolduqca uğursuzluqların öhdəsindən gəlməyi öyrənmişəm. Çıxış yolum nədir? Ya oturub ağlamalıyam, ya da gələn dəfə derbidə olmaq üçün hər şey etməliyəm".

Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 24 matça çıxan Raşford 8 qol və 3 məhsuldar  ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər