"Xviçanın ləqəbləri çoxdur, biz onu burada..." - Dembele Kvaratsxeliyadan danışdı

"Xviçanın ləqəbləri çoxdur, biz onu burada..." - Dembele Kvaratsxeliyadan danışdı

PSJ-nin hücumçusu Usman Dembele həmklubu Xviça Kvaratsxeliyadan danışıb.

Fanat.Az xəbər verir ki, Fransa millisinin üzvünün sözlərini "The Athletic" belə çatdırıb:

"O, möhtəşəmdir. Dünyanın ən yaxşı cinah hücumçularından, ən yaxşı futbolçularından biridir. Ötən mövsüm əla performans sərgilədi. Xviçanın ləqəbləri çoxdur, biz onu burada ən yaxşı və ya Kvaradona adlandırırıq".

Ötən mövsüm bütün turnirlərdə 48 matça çıxan Kvaratsxeliya 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Gürcü oyunçunun hesabında cari "futbol ili"ndə 1 qol və 1 assist var. "Transfermarkt" portalı onun transfer qiymətini 140 milyon avro məbləğində dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər