Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi , “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı, AFFA və "Bakcell"in tərəfdaşlığı ilə “Heydər Əliyev kuboku - 2014” mini futbol turniri uğurla yekunlaşıb.
Fanat.az xəbər verir ki, turnirdə Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqları, şirkətlər, banklar, idarələr, müxtəlif müəssisələr və təşəbbüs qruplarından ibarət 16 komanda çempionluq uğrunda mübarizə aparıb. Keçirilən oyunlar AFFA-nın hakimlər briqadası tərəfindən idarə olub.
Turnirin final oyunu və mükafatlandırma mərasimi avqustun 24-də baş tutub və “Xəzər” komandası qalib olub. Qalib və finalçı komandaların üzvləri, turnirin ən yaxşı oyunçu və qapıçısı fəxri fərman, medallar və hədiyyələrlə təltif olunub. “Heydər Əliyev kuboku - 2014” mini futbol turniri layihəsinin əsas məqsədi futbolun gənclər arasında kütləviləşməsi, onların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğidi. Layihə iyun-sentyabr ayları daxil olmaqla 3 ay müddətini əhatə edir.
Fanat.az