Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Mustafa Dənizli yetirmələrini Super Liqa təmsilçisi ilə oyunda sınayıb.
Belə ki, "Xəzər Lənkəran"ın rəqibi “Gənclərbirliyi” olub. “İC Santai” otelinin futbol meydançasında keçirilən oyun Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" Antalyadakı ilk sınaq matçında Super Liqanın digər təmsilçisi "Çaykur Rizəspor"la sülh bağlamışdı - 0:0.
Yoxlama oyunu
18 yanvar
Xəzər Lənkəran (Azərbaycan) - Gənclərbirliyi (Türkiyə) 0:2
Xəzər Lənkəran: Orxan Sadıqlı, Tural Cəlilov, Slavik Alxasov, Deyvid Sakkoni, Rasim Ramaldanov, Vanderson Skarduelli, Adrian Skarlatake, Nikola Qliqorov, Elnur Abdullayev, Sadio Tounkara, Junior Nildo.
Fanat.az